Çərşənbə, 17 Oktyabr 2018 16:33

Amerikada Maykl qasırğası qurbanlarının sayı 30 nəfərə çatdı

Amerikada Maykl qasırğası qurbanlarının sayı 30 nəfərə çatdı

Yerli rəsmilərin açıqladıqları ən son statistik məlumatlara əsasən Maykl qasırğası ABŞ-ın cənubunda 4 ştatın ərazisindən keçərək, ən azı 30 nəfərin ölümünə səbəb olub.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, son statistik məlumatlar əsasən Maykl qasırğası ABŞ-ın cənubunda 4 ştat ərazisində ən azı 30 nəfərin ölümünə səbəb olub. 

Florida ştatının yerli rəsmilərindən olan Tomi Ford daha 12 cəsədin aşkar edilməsi ilə bu ştatda Maykl qasırğası nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. 

Bu qasırğa həmçinin, Corciya ştatında bir, Karolina ştatında 3, Virciniya ştatında isə 6 nəfərin ölməsinə səbəb olub. 

Dağıntıların altında insan cəsədlərinin olması ehtimalını nəzərə alaraq, ölənlərin sayının artacağı proqnoz edilir. 

Dördüncü dərəcəli Maykl qasırğası Florida ştatında 137 miin ev və mağazanın elektrik enerjisiz qalmasına səbəb olub. Bir çox məkəblər də qasırğadan zərər çəkdiyi üçün tətil edilib. 

Şərh yaz


Məxfi kod
Yenilə