Çərşənbə, 17 Oktyabr 2018 15:53

BVF-nin rəisi Ərəbistana səfəri ləğv etdi

BVF-nin rəisi Ərəbistana səfəri ləğv etdi

Beynəlxalq Valyuta Fondunun rəisi Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçı olayı ilə əlaqədar Ərəbistana səfərini ləğv edərək, Ər-Riyadda keçiriləcək beynəlxalq investisiya iclasında iştirak etməyəcəyini bildirib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Beynəlxalq Valyuta Fondunun rəisi Kristin Laqard Ər-Riyad konfransında iştiraka da şamil olan Asiyanın qərbinə planlaşdırdığı turneni ləğv edib. 

Laqard bundan öncə, ötən həftə İndoneziyanın Bali adasında keçirilən Beynəlxalq Valyuta Fondunun payız iclasında Ərəbistanda keçiriləcək investisiya konfransında iştirak edəcəyini açıqlamışdı. 

HSBC bankının icraçı direktoru Con Flint, Standart Çarterd maliyyə müəssisəsinin icraçı direktoru Bil Vinterz və İsveçrə Kredit Bankının icraçı müdiri Tican Tiyam da 23-25 oktyabrda Ər-Riyadda keçiriləcək konfransda iştirak etməyəcəklərini bildiriblər. 

"Blək Ston" qrupunun başçısı və icraçı direktoru Stefan Şvarsmen də Ər-Riyad konfransında iştirak etməyəcəyini açıqlayıb. Baxmayaraq ki, Ərəbistan vəliəhdi Məhəmməd bin Salman ilə yaxın əlaqələrə malikdir. 

Bundan öncə də bir çox sərmayə sahibi, iş adamı və hətta, bəzi dövlət rəsmiləri Camal Qaşıqçı olayına görə Ər-Riyad iclasını boykot etdiyini açıqlamışdı. 

Camal Qaşıqçı 2 oktyabrda İstanbulda Ərəbistanın Baş Konsulluğuna müraciət etdikdən sonra şübhəli şəkildə yoxa çıxıb. 

Medialar Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda qətlə yetirildiyini, daha sonra isə cəsədinin doğranmış şəkildə konsulluq binasından çıxarıldığını bildiriblər. 

Şərh yaz


Məxfi kod
Yenilə