Cümə axşamı, 11 Oktyabr 2018 09:35

Senatorlar Trampdan Qaşıqçı işinin araşdırılmasını istəyiblər

Senatorlar Trampdan Qaşıqçı işinin araşdırılmasını istəyiblər

ABŞ senatının xarici əlaqələr komitəsinin 22 üzvü bu ölkənin prezidenti Donald Trampdan istəyibdir ki, səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının yoxa çıxması ilə bağlı təhqiqat işi açılsın.

Eyni zamanda, Amerikanın keçmiş energetika naziri Ernest Moniz Ərəbistanda Nəum adlı superşəhər layihəsi ilə bağlı məşvərət verməyi Ərəbistanın vəliəhdi Muhəmməd bin Salmanı tənqid edən səudiyyəli jurnalistin yoxa çıxması və ehtimal üzrə terror edilməsi macərasının aydınlaşmasınadək dayandırıbdır.

Belə bir halda, Vaşinqton Post amerikan qəzeti dünən belə yazıb: Türkiyə rəsmiləri Ərəbistanı Camal Qaşıqçının yoxa çıxması barədə təhqiqatın aparılmasında həmkarlıq etməməkdə ittiham edirlər.

Türkiyədəki məsul bir şəxs Vaşinqton Post qəzetinə deyibdir ki, səudlar türk qüvvələrə Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olmaq icazəsi verməkdən boyun qaçırırlar.

Belə bir halda, Türkiyə xarici işlər nazirliyi çərşənbə axşamı günü bildiribdir ki, səudlar Camal Qaşıqçının yoxa çıxması barədə təhqiqatın aparılması çərçivəsində Türkiyənin təhlükəsizlik orqanlarının Ərəbistanın İstanbuldakı konsulluğunda təftiş aparmaları ilə razılaşıblar.

Jurnalist, Ələrəb informasiya kanalının baş redaktoru və Ali-Səudun tənqidçilərindən olan Camal Qaşıqçı Ərəbistanın sionist rejimlə əlaqələrinin ciddi müxaliflərindən olubdur.

Şərh yaz


Məxfi kod
Yenilə