Çərşənbə, 10 Oktyabr 2018 19:56

Dünyanın ən iri plastik zibil istehsalçıları

Dünyanın ən iri plastik zibil istehsalçıları

Koka Kola, Pepsi Kola və Nestle şirkətləri dünyada ən çox plastik tullantı istehsal edən şirkətlər kimi tanınıblar.

Röyters-in məlumatına görə, "Green Peace" (Yaşıl Sülh) mərkəzinin apardığı araşdırmalara əsasən Koka Kola, Pepsi Kola və Nestle şirkətləri dünyaın ən iri zibil istehsalçılarıdırlar. 

Bu məlumata görə, qeyri hökumət təşkilat olan "Green Peace" mərkəzi "Plastikdən qurtuluş" hərəkatının əməkdaşlığı ilə 15 sentyabrda yəni, dənizlər və çayların sahillərinin təmizlənməsi üzrə beynəlxalq gündə dünyanın 42 ölkəsində 239 təmizləmə əməliyyatı həyata keçirib. Bu təşkilat təqribən 187 min növ plastiq tullantı toplayaraq, onları kateqoriyalara bölüb. Bununla da təbiəti plastik tullantılar ilə ən çox hansı şirkətin çirkləndirdiyini üzə çıxardıb. 

Tolanmış plastik tullantılar arasında ən geniş yayılanı bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş stəkan, qaşıq və çəngəl, yemək siniləri və qatıq qablarının hazırlanmasında istifadə edilən Polistirol maddəsidir. İkinci yerdə isə Polietilentereftalat (PET) maddəsi durur. Bu maddədən müxtəlif növle plastik qabların istehsalında istifadə edilir. 

Şərh yaz


Məxfi kod
Yenilə