Çərşənbə, 10 Oktyabr 2018 17:21

Yaponiya Ruhinqa müsəlmanlarının vəziyyətinin araşdırılmasını istədi

Yaponiya Ruhinqa müsəlmanlarının vəziyyətinin araşdırılmasını istədi

Yaponiyanın baş naziri Myanmanın xarici işlər naziri Anq Sanq Su Çidən Myanmada yaşayan Ruhinqa müsəlmanlarına qarşı zorakılıq hallarına dair dəqiq araşdırmanın aparılmasını istəyib.

İRNA-nın verdiyi məlumata görə, Şinzo Abe Tokioda Anq Sanq Su Çi ilə görüşdə Ruhinqa müsəlmanlarının durumunu Myanmada insan haqlarının kobud surətdə pozulmasının nişanəsi adlandırıb. 

Yaponiyanın baş naziri həmçinin, Banqladeşə sığınan Ruhinqalı müsəlman didərginlərin vəziyyətini acınacaqlı adlandırıb və bu vəziyyətdən təəssüfləndiyini bildirərək, deyib: Myanma didərginlərin evlərinə qayıtmaları üçün lazımi şərait yaratmalıdır. 

Ruhinqa müsəlmanları 25 avqust 2017-ci il tarixindən Myanma ordusunun kütləvi zorakılığına məruz qalmaqdadır. Myanma hökumətinin Ruhinqa müsəlmanlarına qarşı etnik təmizləmə siyasətindən amanda qalmaq üçün təqribən bir milyona yaxın Ruhinqa müsəlmanı Banqladeşə sığınıb. 

BMT son zamanlar Myanma hökumətini Ruhinqa müsəlmanlarına qarşı etnik təmizləmə siyasəti yürütməkdə ittiham edib. 

Şərh yaz


Məxfi kod
Yenilə