Çərşənbə, 10 Oktyabr 2018 13:20

Çin ABŞ-a xəbərdarlıq etdi

Çin ABŞ-a xəbərdarlıq etdi

Çinin Xarici İşlər Nazirliyi ABŞ rəsmilərinə bu ölkənin daxili işlərinə müdaxilə barədə xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Qanq çərşənbə axşamı Pekində jurnalistlər qarşısında deyib: ABŞ rəsmiləri Pekinə qarşı əsassız ittihamlardan və iftiralardan çəkinməli və Çinin daxili işlərinə müdaxiləyə son qoymalıdırlar. 

O, daha sonra ABŞ rəsmilərinin Pekinin Amerikada keçirilən seçkilərin gedişinə müdaxilə etməsinə dair iddialarına münasibət bildirib və deyib: Çin daim digər ölkələrin daxili işlərinə müdaxilədən çəkinməyə sadiq qalıb. 

ABŞ dövlət katibi Mayk Pompeo ötən gün Pekində çinli həmkarı Vanq Yi ilə görüşdə ABŞ və Çinin müxtəlif məsələlərdə dərin fikir ayrılıqlarına malik olduğunu demişdi. 

BUndan öncə də Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın vitse-prezidenti Mayk Pens tərəfindən Pekinin ABŞ Konqresinə dövrlərarası seçkilərə müdaxilə etməsinə dair iddiasını əsassız adlandırmışdı. 

Şərh yaz


Məxfi kod
Yenilə