Çərşənbə, 10 Oktyabr 2018 12:39

Danimarkanın səfiri: AB İranla ticarət əlaqələrinin gücləndirilməsini istəyir

Danimarkanın səfiri: AB İranla ticarət əlaqələrinin gücləndirilməsini istəyir

Danimarkanın Tehrandakkı səfiri nüvə sazişinin Amerika tərəfindən birtərəfli şəkildə pozulmasına toxunaraq deyib: Danimarka digər Avropa ölkələri ilə birlikdə İran ilə ticarət əlaqələrinin möhkəmləndirilməsində səy göstərəcək.

İRNA-nın verdiyi məlumata görə, Danny Annan dünən İran parlamentinin dini azlıqlardan olan üzvləri ilə görüşlərində İran ilə Danimarka arasındakı konstruktiv əlaqələrə toxunaraq deyib: Yüksək səviyyədə siyasi danışıqlar və iki ölkə arasında ticarət əlaqələrinin artması İran ilə Danimarka arasında müsbət əlaqələrin göstəricisidir. 

ABŞ prezidenti Donald Tramp Mayın 8-də İrana qarşı əsassız ittihamları təkrarlayaraq Vaşinqtonun nüvə sazişindən çıxması və İrana qarşı sanksiyaların bərpa edilməsini bildirdi. 

Trampın bu hərəkəti beynəlxalq səviyyədə eləcə də ABŞ daxilində geniş tənqidlərə səbəb oldu. 

Şərh yaz


Məxfi kod
Yenilə