Çərşənbə axşamı, 25 Sentyabr 2018 15:25

Boltonun növbəti anti-İran bəyanatı

Boltonun növbəti anti-İran bəyanatı

Amerikanın milli təhlükəsizlik müşaviri İrana qarşı əsassız ittihamlarının davamında iddia edib ki, Suriyada Rusiya təyyarəsinin vurulmasından İranın əli olub.

Röytersin verdiyi məlumata görə, Con Bolton dünən heç bir fakt təqdim etmədən deyib: Suriya və Livandakı hücumlarda eləcə də Suriyada Rusiya təyyarəsinin vurulmasında İran məsuliyyət daşıyır. 

Bolton belə bir ittihamda niyyətini dərhal ifşa edərək deyib: İrana qarşı əlavə sanksiyalar yoldadır və Vaşinqton İrana qarşı maksimum təzyiqləri davam etdirəcək. 

Boltonun anti-İran təzyiqləri elə bir şəraitdədir ki, Rusiyanın Müdafiə Nazirliyi özünün son bəyanatında bu ölkənin bir ədəd təyyarəsinin Suriyanın Laziqiyyə vilayətində vurulmasında sionist rejimin məsuliyyət daşıdığını bildirib. 

Şərh yaz


Məxfi kod
Yenilə