Cümə axşamı, 13 Sentyabr 2018 12:05

Pompeonun etirafı: ABŞ Yəmən savaşında Ərəbistanı silahlandırır

Pompeonun etirafı: ABŞ Yəmən savaşında Ərəbistanı silahlandırır

ABŞ-ın dövlət katibi konqresmenləri razı salmaq və onları Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinə silah satışını davam etdirməyə qane etmək üçün bu iki ölkənin Yəməndə sivil əhali arasında ölüm hallarını azaldacaqlarına dair söz verdiklərini deyib.

Əl-Cəzirə kanalının verdiyi məlumata görə, Mayk Pompeo Yəmən müharibəsini ABŞ-ın milli təhlükəizliyinin başlıca prioritetlərindən adlandırıb və deyib: Ərəbistan və BƏƏ qoşunları həm ABŞ-ın silahlarına ehtiyaclıdırlar həm də ABŞ qırıcılrına və hərbi təlimlərinə.

Beynəlxalq dairələr və bir çox ölkə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməndə sivil əhalini qırğın etməsinə görə bu ölkəyə silah satan tərəflərin məsuliyyət daşıdığını bildirirlər. 

Ərəbistan 2015-ci ilin martından ABŞ və Britaniyanın silah dəstəyi ilə Yəmənə qarşı geniş hücumlara başlayıb. İndiyə kimi bu hücumlarda on minlərlə sivil həlak olub və yaralanıb. Milyonlarla insan evini itirib. Ölkə humanitar böhran ilə üz-üzədir. 

Şərh yaz


Məxfi kod
Yenilə