Çərşənbə, 12 Sentyabr 2018 16:02

Rusiya ABŞ-a xəbərdarlıq etdi

Rusiya ABŞ-a xəbərdarlıq etdi

Rusiya, Amerika və onun müttəfiqlərinə Suriyaya qarşı hərbi avanturist hərəkətlər barədə xəbərdarlıq edib.

İRNA-nın verdiyi məlumata görə, Rusiya XİN sözçüsü Mariya Zaxarova bir bəyanatda deyib: Kimyəvi silahları qadağan edən təşkilatın texniki katibliyi dəfələrlə Suriyanın kimyəvi silah anbarının beynəlxalq nəzarət altında məhv edilmiş olduğunu təsdiqləməsinə rəğmən Suriyanın İdlib vilayətinə qarşı zəhərli maddələrdən istifadə niyyəti barədə ittihamlar səsləndirilməkdədir. 

Zaxarova deyib: Rusiya Amerikadan Suriyada kimyəvi silahların mövcud olmasına dair məlumatları kimyəvi silahları qadağan edən təşkilatın ixtiyarına verməsini istəsə də Amerika bu barədə heç bir məlumat təqdim etməmişdir. 

Rusiya Müdafiə Nazirliyi və XİN son vaxtlar ayrı-ayrı bəyanatlar yayaraq İdlibdə kimyəvi silahdan istifadə görüntüsü yaratmaq planından xəbər vermişdir. 

Amerika da terrorçuların ümumi fikri yayındırmaq planına dəstək istiqamətində Suriya dövlətini  İdlibə qarşı kimyəvi hücuma hazırlaşmaqda ittiham edib. 

Amerika, Frana və Britaniya öncə də cari il 14 apreldə Dəməşqin kimyəvi silahdan istifadə etməsi bəhanəsi ilə Suriyaya hücum etdilər. 

Şərh yaz


Məxfi kod
Yenilə