Bazar ertəsi, 20 Avqust 2018 17:03

Rusiya Nord Strim 2 layihəsinə qarşı ABŞ-ın sanksiyaları ilə mübarizə aparmağa hazırdır

Rusiya Nord Strim 2 layihəsinə qarşı ABŞ-ın sanksiyaları ilə mübarizə aparmağa hazırdır

Rusiya Federasiya Şurası Beynəlxalq Əlaqələr Komissiyası sədrinin birinci müavini bildirib: Rusiya Nord Strim 2 boru kəməri haqda ABŞ-ın sanksiyalarına reaksiya verməyə hazırdır.

İRNA-nın məlumatına görə, Vladimir Cabbarov deyib: Moskva ABŞ və qərbin Rusiya əleyhinə sanksiyaları ilə mübarizə aparmağa hazırdır və məsələ ölkə parlamentində araşdırılmaqdadır. 

Cabbarov bildirib: ABŞ-ın hərəkətlərinə rəğmən Nord Strim 2 boru kəməri layihəsi icra olunacaq. 

Rusiya və Almaniya liderləri şənbə günü bu layihə haqda razılığa gəliblər və Almaniya kansleri Angella Merkel bildirib ki, Nord Strim 2 boru kəməri layihəsini müdafiə etmək lazımdır. 

Bu boru kəməri ildə 55 milyard kubmetr Rusiya qazını Baltika dənizi vasitəsi ilə Almaniyaya nəql etmək üçün nəzərdə tutulub və qazın Avropaya çatdırılması üçün hazırkı Ukrayna yolundan çıxmaq istiqamətində proqram sayılır. 

Bu boru kəmərinin ikinci mərhələsinin çəkilməsinin xərci təxminən 7 milyard 400 milyon avro hesablanıb. Rusiyanın QazProm Şirkəti və bir neçə Avropa şirkəti onun vəsaitini təmin edir. 

ABŞ bu layihənin icrasına qarşı çıxaraq xəbərdarlıq edib ki, layihədə iştirak edən şirkətlərə sanksiya tətbiq edəcək. 

Şərh yaz


Məxfi kod
Yenilə