Bazar ertəsi, 20 Avqust 2018 12:58

Cənubi Koreya ailələri Şimali Koreyaya ezam olunub

Cənubi Koreya ailələri Şimali Koreyaya ezam olunub

Cənubi Koreyanın onlarla vətəndaşı bazar ertəsi günü yeddi dekada öncə müharibə nəticəsində ayrı düşdükləri öz tanışları və ailə üzvləri ilə görüşmək üçün Şimali Koreyaya gedib.

İRİB-in məlumatına görə, ötən üç il ərzində ilk dəfə olaraq Şimali Koreyanın şərqində yerləşən Kumqanq iqamətgahında iki Koreyanın sərhədində ayrı düşən ailələrin üç günlük görüşü baş verir. 

Son aylarda iki Koreya münasibətlərində gərginliyin azaldılması bu görüşə imkan yaradıb. 

Koreya müharibəsi 1953-cü ildə başa çatdıqdan sonra iki tərəf atəşkəs rejimində və düşmənçiliyi tərk etmək vəziyyəti üzrə 9 maddəlik layihəni tətbiq ediblər. Milyonlarla insan, o cümlədən onlarla ailənin üzvü bir-birindən ayrılıb və Koreya yarımadası iki yerə bölündü. 

2 Koreya 2000-ci ildən 20 dəfə iki sərhəddə aillərin qovuşmasına icazə verib. 

Bu proqram başlamazdan öncə 130 mindən çox şəxs öz yaxınları ilə görüşmək üçün qeydiyyatdan keçib. Lakin onlardan çoxu yaşının yuxarı olması nəticəsində həyatını itirib və ayrılan ailə üzvləri görüşə bilməyiblər. 

Bu arada Şimali Koreya lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çje İn gələn ay Pxenyanda görüşəcəklər.

 

Şərh yaz


Məxfi kod
Yenilə