Bazar ertəsi, 20 Avqust 2018 12:07

İtaliya miqrantların gəmisini Liviyaya qaytarmaqla hədələdi

İtaliya miqrantların gəmisini Liviyaya qaytarmaqla hədələdi

İtaliya hökuməti hədələyib ki, Lampedusa adası yaxınlığında 180 miqrant olan gəmini Liviyaya qaytaracaq.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, İtaliya daxili işlər naziri Matteo Salvini bazar günü bildirib: Lampedusa adası yaxınlığında üç gündür naməlum vəziyyətdə qalan təxminən 180 miqrant Liviyaya göndəriləcək. 

Salvini deyib: Ya Avropa İtaliyaya ciddi və hiss olunacaq şəkildə kömək etməyə qərar verməlidir, ya da Roma Lampedusa adası yaxınlığında çaşqın vəziyyətdə qalan miqrantları Liviyaya geri göndərməyə məcbur olacaq. 

Fransa İnformasiya Agentliyi bildirir ki, İtaliya hökumətinin bu təhdidi ilə yanaşı Avropa rəsmiləri İtaliyanın belə bir hərəkəti etməyəcəyini, Liviyanın da miqrantları daşıyan gəmiyə yol verməyəcəyini israr edirlər. 

İtaliya hökuməti bildirir ki, 180 miqrantı daşıyan gəmi ötən çərşənbə günü Maltanın xilas və axtarış bölgəsində imiş və kapitanı olmayan bir qayıq xilasetmə əməliyyatında iştirak etmədən onu İtaliya sularına doğru istiqamətləndirib. 

İtaliya hökumətinin dəyişilməsi ilə bu ölkənin miqrasiya siyasətləri də dəyişib. Roma miqrantları qəbul etməkdən çəkinərək bu məsələni Avropa ölkələrinin köməyi ilə şərtləndirib. 

Şərh yaz


Məxfi kod
Yenilə