Bazar ertəsi, 20 Avqust 2018 11:46

Myanma ordusunun cinayətləri haqda yeni hesabat: 24 min ölü, 17 min zorlama halı

Myanma ordusunun cinayətləri haqda yeni hesabat: 24 min ölü, 17 min zorlama halı

Bir beynəlxalq müəssisənin araşdırmaları Myanmada müsəlmanların qırğını haqda yeni cəhətləri ifşa edib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Ontario Beynəlxalq İnkişaf Agentliyi bazar günü bir məlumatda bildirib: 2017-ci il avqust ayından bəri 24 mindən çox rohinca müsəlmanı Myanma hərbçiləri tərəfindən qətlə yetirilib. 

Məlumata görə, 114 mindən çox rohinca müsəlmanı Myanma hərbçiləri tərəfindən döyülüb və bir neçə min də yandırılıb. 

Məlumatda qeyd olunur ki, Myanma hərbçiləri 17 min 718 rohinca qadını və qızını zorlayıblar. 

Bu məlumata görə, Myanma hərbçiləri rohinca müsəlmanlarına məxsus 115 min evi yandırıb, 113 min mənzili də viran ediblər. 

BMT son vaxtlar bildirib ki, Myanma ordusu ölkədə etnik təmizləmə ardıncadır. 

Myanmanın qərbində Raxin əyalətində rohinca müsəlmanlarına qarşı ordu və radikal buddistlərin cinayətlərinin yeni dövrü 25 avqust 2017-ci ildən başlanıb. 

Raxin əyaləti 2012-ci ildən Myanma ordusu və radikal buddistlərin rohinca müsəlmanlarına qarşı hücumlarının şahididir. 

Şərh yaz


Məxfi kod
Yenilə