Cümə, 20 iyul 2018 14:33

Aralıq dənizində miqrant tragediyası davam edir

Aralıq dənizində miqrant tragediyası davam edir

Beynəlxalq Miqrasiya Təşkilatı bildirib: Cari ilin əvvəlindən indiyədək Avropa sərhədlərinə gəlib çatmağa çalışan miqrantlardan azı 1400 nəfəri Aralıq dənizini keçərkən həyatını itirib, onların əksəriyyətini uuşaqlar təşkil edir.

İRİB-in məlumatına görə, BMT-nin Miqrantların Ali Komissarlığı da bildirib: İtaliya sahillərinə çatmaq istəyən şəxslərdən 1104 nəfəri, İspaniya sahillərinə çatmaq istəyənlərdən isə 294 nəfəri qərq olub. 

Bu arada miqrantları dəstəkləyən Qeyri-Hökumət Təşkilatları bildiriblər: Qərb dövlətləri, xüsusilə də İtaliya hökumətinin bu ölkə limanlarını miqrantların üzünə bağlamaq kimi sərt anti-miqrasiya addımları və yanlış siyasətləri bu insani böhranın artmasının əsas səbəbidi. 

İtaliya hökuməti bir daha vurğulayıb ki, bu ölkə qeyri-qanuni miqrantları daşıyan gəmilərin bu ölkə limanlarına yanalmasına heç bir vəchlə icazə verməyəcək və Aralıq dənizində xilas olan bütün şəxslər Liviyaya qaytarılmalıdır. 

Lakin Avropa Birliyi komissiyasının sözçüsü İtaliyanın bu tələbinə sərt şəkildə qarşı çıxıb və bildirb ki, Liviya limanları miqrantlar üçün təhlükəlidir. 

Şərh yaz


Məxfi kod
Yenilə