Cümə axşamı, 19 iyul 2018 20:34

AB-nin ticarət komissarı Trampın ticarət tarifləri haqda xəbərdarlıq edib

AB-nin ticarət komissarı Trampın ticarət tarifləri haqda xəbərdarlıq edib

Avropa Birliyinin ticarət komissarı ABŞ prezidentinin Avropa məhsullarının idxalına qarşı ticarət tarifləri haqda xəbərdarlıq edib.

Röytersin məlumatına görə, Avropa Birliyinin ticarət komissarı Sesilia Malmstrom deyib: ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına rüsumlar tətbiq etməsi Avropa, ABŞ və çin münasibətlərində gərginliyə səbəb olub. 

Avropa Birliyinin ticarət komissarı əlavə edib: Qeyri-qanuni hərəkətlərdən istifadə etməklə Çinə təzyiq göstərməyə çalışmaq nəticə verməyəcək və ABŞ-ın hərəkəti sonda çoxqütblülük sisteminin məhv olmasına kömək edə bilər.

Malmstrom xəbərdarlıq edib ki, ABŞ Avropa Birliyindən avtomobil idxalına rüsum tətbiq edərsə, bu birlik balanslaşdıran addımların siyahısını tənzimləyə hazırdır. 

Avropa Birliyinin ticarət komissarı gələn həftə Avropa Birliyi komissiyasının rəhbəri Jan Klond Yunkerlə birlikdə Donald Trampla ticarət məsələləri haqda görüşəcək. 

Atlantik okanın iki tərəfində ticarət münasibətləri Trampın Avropadan metalların idxalına rüsum tətbiq etmək üzrə qərarı, ABŞ prezidentinin ənənəvi müttəfiqlərindən uzaqlaşması ilə gərginliklə üzləşib. Avropa Birliyi də hədələyib ki, Vaşinqtonun tariflər tətbiq etməsi cavabsız qalmayacaq. 

Şərh yaz


Məxfi kod
Yenilə