Çərşənbə axşamı, 17 iyul 2018 10:34

Finlandiyada Tramp əleyhinə aksiya

Finlandiyada Tramp əleyhinə aksiya

Rusiya və ABŞ prezidentlərinin görüşü ilə bir vaxtda Finlandiyanın paytaxtı Helsinkidə minlərlə siyasi fəal Trampın Finlandiyaya səfər etməsinə etiraz olaraq aksiya keçirib.

İRNA-nın məlumatına görə, Helsinki şəhərinin mərkəzində keçirilən etiraz aksiyasında "İrqçini durdurun", "Tramp, immiqrantların deportasiyasını durdur" və "savaş yerinə dialoq" şüarları səsləndirilib və Trampın Finlandiyanı tərk etməsi istənilib. 

Rusiya və ABŞ prezidentlərinin birgə mətbuat konfransının keçirildiyi məkanın önünə toplaşan aksiya iştirakçıları ABŞ prezidentinin birtərəfli rəftarlarını dünyanın müxtəlif məntəqələrindəki gərginlik və səbatsızlığın amili adlandırıblar. 

Bazar günü də minlərlə  nəfər Helsinkidə aksiya keçirərək, Trampın Finlandiyaya səfər etməsinə etiraz etmişdi. 

Şərh yaz


Məxfi kod
Yenilə