Çərşənbə axşamı, 17 iyul 2018 10:03

Putin Trampın nüvə anlaşması əleyhinə mövqeyini aşkar formada tənqid etdi

Putin Trampın nüvə anlaşması əleyhinə mövqeyini aşkar formada tənqid etdi

Rusiya prezidenti amerikalı həmkarını Hərtərəfli Birgə Təşəbbüs Planından çıxmasına görə tənqid edərək, deyib: Moskva bu məsələylə bağlı öz narahatlığını ifadə edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Vladimir Putin bazar ertəsi günü Finlandiyanın paytaxtı Helsinki şəhərində ABŞ prezidenti Donald Tramp ilə birgə mətbuat konfransında deyib: Beynəlxalq Atom Enerjisi Təşkilatı xüsusilə Hərtərəfli Birgə Təşəbbüs Planı çərçivəsində İranın nüvə proqramına nəzarət edir və İranın nüvə fəaliyyətlərinin dinc məqsədlər üçün olduğuna zəmanət verir. 

Putinin bu sözləri, mətbuat konfransında "nüvə ambisiyaları"nı cilovlamaq üçün İrana təzyiqlərin göstərilməsi barədə Putin ilə söhbət etdiyini deyən Trampın sözlərinə bir cavab sayılır. 

ABŞ prezidenti ölkəsinin İŞİD terror qruplaşması başda olmaqla müxtəlif terror qruplarını dəstəkləməsinə işarə etmədən deyib: İranın İŞİD-in məğlubiyyətindən faydalanmamalı olmasına dair də Putin ilə söhbətlərimiz oldu. 

Tramp daha sonra Putinin nüvə anlaşması ilə bağlı mövqeyi haqda səsləndirdiyi fikirlərə əhəmiyyət verməyərək, deyib: ABŞ və Rusiya əlaqələri heç vaxt indiki qədər pis olmayıb. Amma, bu durum artıq bir saat öncədən dəyişməyə başlayıb. 

Donald Tramp ABŞ prezidenti olduğu zamandan diplomatiya və anlaşmanı qarşıdurma ilə əvəz edib. 

Şərh yaz


Məxfi kod
Yenilə