Cümə axşamı, 12 iyul 2018 17:54

İrlandiya Senatı "İsrail" məhsullarının satışının boykot edilməsini dəstəkləyib

İrlandiya Senatı "İsrail" məhsullarının satışının boykot edilməsini dəstəkləyib

İrlandiya Senatı işğal olunmuş ərazilərdə istehsal olunan məhsulların idxalının qadağan edilməsini təsdiqləyib.

Əlcəzirə televiziya kanalının məlumatına görə, İrlandiya Senatı çərşənbə günü bir layihənin lehinə səs verib. Layihəyə əsasən 1967-ci ildə işğal olunmuş ərazilərdə sionist qəsəbələrdə istehsal olunan məhduların idxalı qadağan edilməcək. 

Bu layihə həmçinin qeyd olunan məhsulların bütün dünyada satışının boykot edilməsini dəstəkləyib. 

"İsrail" məhsullarının idxalı və satışına qadağa layihəsi müstəqil bir senatorun təklifidir və İrlandiya Senatında 25 lehinə və 20 əleyhinə səslə qəbul edilib. 

Bu layihə qanuna çevrilmək üçün İrlandiya Nümayəndələr Palatasında da təsdiqlənməlidir. 

"İsrail" məhsullarının idxalı və satışına qadağa hakim partiya Fin Gil istisna olmaqla İrlandiyanın bütün siyasi partiyaları tərəfindən dəstəklənib. 

Fələstin rəsmiləri İrlandiya Senatının İsrail məhsullarının satışının qadağan edilməsini dəstəkləməsini tarixi qərar adlandırıb və başqa ölkələrdən bənzər layihəni təsdiqləmələrini istəyiblər. 

Şərh yaz


Məxfi kod
Yenilə