Cümə axşamı, 12 iyul 2018 15:51

Kanada NATO qarşısında Trampın mövqelərini tənqid atəşinə tutub

Kanada NATO qarşısında Trampın mövqelərini tənqid atəşinə tutub

Kanada baş naziri ABŞ prezidentinin Şimali Atlantik Alyansı NATO qarşısındakı mövqelərini tənqid atəşinə tutub.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Castin Trüdo ABŞ prezidenti Donald Trampın NATO üzvlərinin daxili xammal istehsalının iki faizinin bu alyansa verilməsi haqda açıqlamasına toxunaraq deyib: Əsas məsələ budur ki, Trampın dediyi müsbət dəyişikliyə gətirib çıxaracaqmı?

Kanada baş naziri NATO-nun birliyinin qorunmasının vacibliyini vurğulayaraq bu alyans üzvlərinin populizm, qütbləşmə və hücuma meylli millətçiliyin artmasına möhkəm cavab vermələrini istəyib. 

Tramp çərşənbə günü NATO-ya üzv ölkələrin dövlət başçılarının Brüsseldə keçirilən sammitində bir daha bu ölkələri hərbi xərclərinin az olmasında suçlayıb və deyib: NATO-ya üzv ölkələr öz hərbi büdcəsini daxili xammalın 2%-dən 4%-ə artırmalıdırlar. 

Tramp bundan öncə də Twitterdə yazmışdı ki, NATO ölkələri daha çox ödəniş etməlidirlər və ABŞ-ın bu alyansın xərclərindəki payı azalmalıdır. 

ABŞ və NATO-ya üzv ölkələr arasında ixtilaf Brüsseldə keçirilən NATO-nun 30-cu sammitini öz təsiri altına alıb. 

Şərh yaz


Məxfi kod
Yenilə