Cümə axşamı, 12 iyul 2018 14:25

ABŞ ordusunun həssas məlumatları oğurlanıb

ABŞ ordusunun həssas məlumatları oğurlanıb

Hakerlər ABŞ-da MQ-9 Pilotsuz Uçan Aparatın saxlanması və funksiyasına dair həssas sənədləri oğurlayıblar.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, məlumatların təhdidlərinin araşdırılması sahəsi üzrə fəaliyyət göstərən Recorded Future Şirkəti xəbərdarlıq edib ki, bir haker bir müddət öncə ifşa olunan yolla Nevadada yerləşən ABŞ-ın Hərbi Hava Qüvvələrinin kompüterlərinə nüfuz edə bilib. 

Bu şirkətin araşdırma qrupunun bildirdiyinəg örə, haker bu bazanın həssas məlumatlarını oğurlayıb. Həmin məlumatlar MQ-9 Pilotsuz Uçan Aparatların saxlanılması metodu və bu ona dair siyahıları ehtiva edir. 

Haker əllə hazırlanan partlayıcı vasitələr, Abrams tanklarının saxlanılması və nəzarət olunması siyahısını, tankların təlim, ekipaj heyətinin qorunması və taktikaları ilə bağlı məlumatları əldə edib. 

Məlumata görə, qeyd olunan məlumatlar ehtimal üzrə ABŞ-ın Müdafiə Nazirliyinin bir rəsmisi vasitəsi ilə oğurlanıb. 

Şərh yaz


Məxfi kod
Yenilə