Cümə axşamı, 12 iyul 2018 13:13

Çin: ABŞ bac alan tacirdir

Çin: ABŞ bac alan tacirdir

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Amerika Birləşmiş Ştatlarını ticarətdə bac alan adlandırıb.

İRNA-nın məlumatına görə, Hua Çun İnq ötən gün Pekində jurnalistlərə verdiyi müsahibədə deyib: ABŞ ticarət səhnəsində güc dili ilə danışmaq və bac almaq ardıncadır. 

O əlavə edib: Çin ABŞ-ın zorakı və quldur tələblərinə təslim olmayacaq və ticarət savaşında ABŞ-la qarşılaşmaq üçün lazım olan hər bir zəruri addımları atır, şirkətləri və vətəndaşlarının mənafeyini qoruyur. 

Çin XİN sözçüsü bildirib: Çin hökuməti ABŞ-ın proteksionizmi ilə mübarizə aparmaq və beynəlxalq qanun-qaydaları və ticarət çoxtərəfliliyini qorumaq üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edir. 

ABŞ Çin məhsullarına 34 milyard dollarlıq rüsum tətbiq edib. Eyni zamanda 200 milyard dollar dəyərində Çindən idxal edilən məhsulların siyahısını hazırlamaqdadır və ona 10% rüsum tətbiq etmək istəyir. 

Şərh yaz


Məxfi kod
Yenilə