Bazar ertəsi, 25 June 2018 16:23

Hindistanın nəzarəti altda olan Kəşmirdə iki nəfər öldürülüb

Hindistanın nəzarəti altda olan Kəşmirdə iki nəfər öldürülüb

Hind hərbçilər Hindistanın nəzarəti altda olan Kəşmirdə iki kəşmirlini öldürüblər.

Hindistan ordusu bildirib ki, dünən gecə hind hərbçilərin Hindistanın nəzarəti altda olan Kəşmirin Kulqam məntəqəsində kəşmirlilərlə toqquşmasında iki kəşmirli öldürülüb. Hindistan iddia edir ki, onların biri "Təyyibə Ooşunu" adlı terror qrupunun üzvü olub.

Bu iki kəşmirlinin öldürülməsinə etiraz olaraq, əhali küçələrə axışıb və Hindistanın baş naziri Narendra Mudiyə qarşı aksiya keçirib.

Dövlət qüvvələri kəşmirli aksiyaçıları dağıtmaq məqsədilə onlara tərəf gözyaşardıcı qaz buraxıblar. Nəticədə 25-dən çox insan yaralanıb. Onlardan ikisinin vəziyyəti ağır elan olunubdur.

Hindistan illər boyudur ki, minlərlə hərbçi yerləşdirərək, Kəşmirin bəzi məntəqələrini öz nəzarəti altına alıb və otuz il ərzində 68 min nəfəri qətlə yetiribdir.

Kəşmir əhalisi BMT Təhlükəsizlik Şurasının Kəşmirin vəziyyətinin təyin olunması üçün referendumun keçirilməsi haqdakı qətnaməsinin icra olunmasını istəyir.

Şərh yaz


Məxfi kod
Yenilə