Bazar ertəsi, 25 June 2018 12:31

Trampın miqrantlara qarşı yeni təhqiri təndiq olunub

Trampın miqrantlara qarşı yeni təhqiri təndiq olunub

Amerikada vətəndaş hüquqları üzrə fəal və demokrat partiyasının nümayəndəsi Con Luis Trampın mühacirlər barədəki yeni twittini rasistcəsinə və utancgətirici bir hərəkət adlandırıb.

ABŞ prezidenti Donald Tramp öz twitter mesajında demokratları immiqrasiya probleminin amili adlandırıb və yazıb ki, onlar cinayətlərin baş verməsinə önəm vermirlər və qanunsuz mühacirlərin ölkəyə daxil olmalarının tərəfdarıdırlar.

Tramp öz twitter mesajında əlavə edib: Demokratlar üçün həşərat və ya heyvanlar kimi ölkəyə axışan miqrantların nə dərəcədə pis şəxslər ola biləcəklərinin əhəmiyyəti yoxdur.

Con Luis Trampın bu twitti barədə deyib ki, bu olduqca təhlükəli mesaj, Amerika xalqının röyaları və ümidləri ilə üst-üstə düşmür.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi, həmçinin Amerika Milli Təhlükəsizlik Agentliyinin keçmiş rəisi Maykl Hayden bu haqda belə deyib: Miqrantlar barədə hücum sözündən istifadə prezidentin şəninə yaraşmır və mən tamamilə onun hərəkətlərindən məyus olmuşam.

Şərh yaz


Məxfi kod
Yenilə