Bazar, 24 June 2018 14:37

İtaliya və Fransa arasında mühacirlərlə bağlı gərginlik yenidən yüksəlir

İtaliya və Fransa arasında mühacirlərlə bağlı gərginlik yenidən yüksəlir

İtaliya rəsmiləri Fransa hökumətini eqoist və immiqrantlarla bağlı siyasətlərdə İtaliyanın bir nömrəli düşməni elan ediblər.

Röyters-in məlumatına görə, İtaliyanın baş nazir müavini Luçi Di Mayo Fransa prezidenti Emanuel Makronun son sözlərinə reaksiya olaraq, Makronun reallıqdan xəbəri olmadığını deyib. 

Fransa prezidenti ötən 10 il ilə müqayisədə Avropaya mühacirət edən immiqrantların sayında azalma olduğunu deyib. 

İtaliyanın baş nazir müavini Di Mayo həmçinin deyib: İtaliya həqiqətən immiqrant böhranı ilə üz-üzədir və bunun səbəblərindən biri Fransanın öz sərhədlərində immiqrantlara giriş icazəsi verməməsidir. 

Di Mayo Fransanı və Emanuel Makronu immiqrant məsələsində İtaliyanın bir nömrəli düşməni və eqoist adlandırıb. 

Makron şənbə günü İspaniyanın baş naziri Pedro Sançez ilə birgə mətbuat konfransında bəzi ölkələrin qanunsuz immiqrantların sığınacaq tələb etmək haqqı olmadan, öz ölkələrinə qaytarılması ilə bağlı təklifinə qarşı olduğunu deyib. 

İtaliya və Fransa arasında immiqrantlarla bağlı ixtilaflar Avropa Birliyinə üzv ölkələrin sammiti ərəfəsində daha da şiddətlənib. 

Avropa Birliyinə üzv ölkələrin sammiti bu gün Brüsseldə işə başlayıb. Sammitin gündəmində duran əsas mövzu mühacirət siyasətləri və immiqrantların qəbul olunması məsələsidir. 

Şərh yaz


Məxfi kod
Yenilə