Şənbə, 23 June 2018 12:37

BMT Əlhudəydədəki insan durumu haqda xəbərdarlıq edib

BMT Əlhudəydədəki insan durumu haqda xəbərdarlıq edib

BMT-nin humanitar yardımlar üzrə koordinatoru Liz Qrandi bildirib ki, Yəmənin Əlhudəydə şəhərinin yüz minlərlə mülki sakini ölüm təhlükəsi qarşısındadır.

Liz Qrandi dünən Yəmənin Əlhudəydə şəhərindəki insan durumu haqda nigarançılıq edərək, əlavə edib: Bu liman şəhərində yaşayan uşaqların 25 faizi son dərəcə pis qidalanmadan əziyyət çəkir və əgər humanitar yardımlar və qida yardımları dayandırılarsa, təqribən yüz min uşağın həyatı təhlükəyə düşəcəkdir.

Əlhudəydənin ötən il vəba epidemiyası ocaqlarından biri olduğunu xatırladan Qrandi bildirib: Humanitar məsələlər üzrə məmurlar yardım göstərməkdə davam edirlər və şərait icazə verən zamanadək Əlhudəydədə qalacaqlar.

Belə bir halda, Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, səud koalisiyası qüvvələrinin Əlhudəydəyə hücumu iki milyon 600 min nəfərin yaşayışını təhlükəyə salacaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə