Cümə axşamı, 21 June 2018 11:10

Tramp geri çəkildi; Miqrant uşaqların valideynlərindən ayrılması dayandırıldı

Tramp geri çəkildi; Miqrant uşaqların valideynlərindən ayrılması dayandırıldı

ABŞ prezidenti Donald Tramp "Sıfır Dözümlülük" siyasətindən geri çəkilərək miqrant uşaqların valideynlərindən ayrılması prosesinin durdurulması fərmanını imzalayıb.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp qeyri-qanuni miqrant uşaqların valideynlərindən ayrılması prosesinin durdurulması üzrə fərmanı imzalayıb və eyni zamanda bildirib: Heç bir istisna olmadan qeyri-qanuni miqrantlarla hüquq çərçivəsində davranışa əsaslanan "Sıfır Dözümlülük" siyasəti öz qüvvəsindədir. 

ABŞ prezidentinin imzaladığı fərman hüquqi proseduranın davam etdiyi vaxtda qeyri-qanuni miqrant uşaqların valideynlərindən ayrılması prosesini dayandırır. 

ABŞ-ın hazırkı hökumətinin ölkəyə qeyri-qanuni miqrantların gəlişinin qarşısını almaq üzrə siyasəti icra etməsi ilə ABŞ Sərhəd Təhlükəsizliyi İdarəsi 5 maydan 9 iyunadək 2 min 342 uşağı miqrant valideyndən alıb və həbs edib. 

ABŞ prezidenti qeyri-qanuni miqrant uşaqların valideynlərindən ayrılması və valideynlərin mühakiməsi çərçivəsində uşaqların düşərgədə yerləşdirilməsi qərarına görə, yerli və xarici etirazlarla üzləşib. 

Şərh yaz


Məxfi kod
Yenilə