Çərşənbə axşamı, 19 June 2018 14:06

ABŞ-Cənubi Koreya birgə təlimləri dayandırılıb

ABŞ-Cənubi Koreya birgə təlimləri dayandırılıb

ABŞ və Cənubi Koreya özlərinin Koreya yarımadasındakı birgə təlimlərini dayandırıblar.

Cənubi Koreyanın müdafiə nazirliyi bu gün bir bəyanat yayaraq bildirib ki, Vaşinqton və Seul Koreya yarımadasında nüvə məsələlərinin həlli üzrə səy istiqamətində özlərinin birgə təlimlərini dayandırıblar.

Cənubi Koreyanın müdafiə nazirliyinin bəyanatında deyilir ki, bu ölkə və ABŞ avqustda birgə təlimlər keçirməli idilər.

İngiyədək ABŞ və Cənubi Koreya hər il Koreya yarımadasında bir neçə birgə təlim keçiriblər ki, bu da qonşuların, o sıradan Çin və Şimali Koreyanın reaksiyaları ilə üzləşibdir.

Şərh yaz


Məxfi kod
Yenilə