Çərşənbə axşamı, 19 June 2018 10:33

Pelosi: Mühacir uşaqları valideynlərindən ayırmaq, dəhşətli bir cinayətdir

Pelosi: Mühacir uşaqları valideynlərindən ayırmaq, dəhşətli bir cinayətdir

ABŞ konqresinin nümayəndələr palatasında demokrat azlığın lideri dünən bu ölkənin prezidenti Donald Trampın mühacir uşaqları valideynlərindən ayırma siyasətini dəhşətli bir cinayət adlandırıb. Bildirib ki, Tramp miqrasiya ilə bağlı qanunları görməməzliyə vurubdur.

Nensi Pelosi qeyd edib ki, Tramp dövlətinin bu siyasəti Amerikanın alnına vurulan biabırçılıq damğasıdır.

ABŞ konqresinin nümayəndələr palatasında demokrat azlığın lideri xatırladıb ki, uşaqların və ailələrin qorunması etik əsaslardan və ümumi standartlardandır. O, ümid etdiyini bildirib ki, Tramp tez bir zamanda bu vəhşicəsinə siyasəti ləğv edəcək.

Amerika hökuməti qanunsuz mühacirlərin gəlişləri qarşısında üzdəniraq "sıfır tolerantlıq" siyasətini yürüdərək, ən bariz və ən ibtidai insan haqlarından birini tapdayıbdır. Bu siyasət çərçivəsində iki minə yaxın uşaq zorla valideynlərindən ayrılıb və Amerika-Meksika sərhədi boyunca ayrıca düşərgələrdə dəmir qəfəslərə salınıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə