Cümə axşamı, 14 June 2018 16:12

Gürcüstan baş naziri istefa verib

Gürcüstan baş naziri istefa verib

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili öz istefasını elan edib.

Kvirikaşvili dünən vəzifəsindən kənarlaşdığını bildirib.

Gürcüstanın əsas qanununa görə, baş nazirin istefa verdiyi təqdirdə, bütün hökumət istefa verməyə məcbur olacaqdır.

Kvirikaşvili deyib ki ,nazirlər kabinetinin vəziyyətini nəzərdən keçirəndən sonra bu qərara gəlibdir. Kvirikaşvilinin sözlərinə görə, onun vəziyyətində olan hər bir digər qrupun lideri də buna oxşar qərar çıxarardı.

May ayında da Gürcüstanın baş prokuroru bildirdi ki, öz vəzifəsindən kənara çəkilir. Bu kənaraçəkilmələr elə bir halda baş verir ki, Gürcüstanda iki yeniyetmənin öldürülməsi bu ölkə rəsmiləri üçün əsas problemə çevrilibdir.

Etirazçılar aksiyalar keçirərək, hökumətin və məhkəmə aparatının bu qətllərin işi ilə rəftar tərzini tənqid ediblər. Etirazçılar bundan öncə Gürcüstanın baş nazirinin istefa verməsini istəmişdilər.

Şərh yaz


Məxfi kod
Yenilə