Cümə axşamı, 14 June 2018 15:22

Trampın OPEK-ə qarşı yeni hücumu

Trampın OPEK-ə qarşı yeni hücumu

ABŞ prezidenti OPEK-i dünya bazarlarında xam neftin qiymətini artırmağa çalışmaqda ittiham edib.

ABŞ prezidenti Donald Tramp dünən bir twitt-də yazıbdır ki, neftin qiyməti kəskin tərzdə artıbdır; bu, OPEK-in işidir və əsla yaxşı iş deyildir.

Trampın twitt-i elə bir haldadır ki, neft istehsalı üzrə iki böyük ölkə olan Ərəbistan və Rusiya OPEK-in iyunun 22-də Vyanada keçiriləcək iclasında öz xam neft istehsallarını artırmaq niyyətində olduqlarını bildiriblər.

Röyters-in ötən həftə verdiyi xəbərə görə, Trampın nüvə anlaşmasından çıxmasından bir gün öncə onun hökumətinin baş rəsmilərindən biri telefonla Ərəbistandan istəmişdi ki, İranın neft ixracatını məhdudlaşdırmaq üçün neft qiymətlərinin sabitliyini qoruyaraq, bu qərarın uğurlu icrasına kömək etsin.

Şərh yaz


Məxfi kod
Yenilə