Şənbə, 26 May 2018 22:17

Şimali Koreyanın rəhbəri bir daha Tramp ilə görüşə təkid etdi

Şimali Koreyanın rəhbəri bir daha Tramp ilə görüşə təkid etdi

Şimali Koreyanın rəhbəri bir daha ABŞ prezidenti ilə görüşmək istədiyini deyib.

Şimali Koreyanın rəsmi xəbər agentliyi bu ölkənin rəhbəri Kim Çen İnin 12 iyunda ABŞ prezidenti Donald Tramp ilə görüşün baş tutmasında qətiyyətli olması və iki ölkə başçıları arasında görüşün baş tutmasını istəməsindən xəbər verib. 

ABŞ prezidenti cümə axşamı Kim Çen İnə ünvanladığı məktubda öncədən təyin olunmuş görüşü ləğv etdiyini bildirib. 

Bu görüşün ləğv edilməsindən cəmi bir gün öncə Şimali Koreya "Punggye-ri" nüvə paleqonunu öncədən vəd etdiyi kimi partladaraq, məhv edib. 

Yunhap xəbər agentliyi həmçinin, bazar günü bir bəyanat yayaraq, Şimali və Cənubi Koreya başçılarının dünən Panmunjom sərhəd kəndində baş tutan görüşdə üçüncü görüşün 3 iyunda keçirilməsi barədə razılığa gəlmələrindən xəbər verib. 

Bu görüş Tramp tərəfindən ləğv edilən görüşün baş tutması yollarını araşdırmaq məqsədi ilə keçirilib. 

İki Koreya başçıları dünənki iclasın sonunda bir bəyanat yayaraq, Koreya Yarımadasının kütləvi qırğın silahlarından təmizlənməsinə dair razılığa gəldiklərini bildirib, atəşkəsin sülh anlaşması ilə əvəz olunması habelə, bir-birilərinə qarşı düşmənçilik fəaliyyətlərindən çəkinməyə dair anlaşmanın əldə olunduğunu elan ediblər. 

Şərh yaz


Məxfi kod
Yenilə