Çərşənbə axşamı, 22 May 2018 11:56

Şimali Koreya Cənubi Koreya jurnalistlərini qəbul etmədi

Şimali Koreya Cənubi Koreya jurnalistlərini qəbul etmədi

Şimali Koreya Pungye-ri atom oybektinin məhv edilməsi ilə bağlı xəbərləri əks etdirmək üçün Cənubi Koreyanın müəyyənləşdirdiyi jurnalistlərin siyahısını ikinci dəfə qəbul etməyib.

İRNA-nın məlumatına görə, Cənubi Koreyanın Vəhdət Nazirliyi çərşənbə axşamı günü bir bəyanatda bildirib: Şimali Koreya Pungye-ri atom obyektinin dağıdılması tədbirində iştirak etmək üçün bu ölkə jurnalistlərini qəbul etməyib. 

Bu bəyanatda bildirilib: Seul Pancumim sülh kəndində iki ölkə arasında yaranan birbaşa əlaqə vasitəsi ilə jurnalistlərin adlarını Pxenyana göndərməyə çalışıb. 

Şimali Koreyanın Pungye-ri atmo obyektinin fəaliyyətinin dayandırılması 2018-ci il 27 apreldə iki koreya liderinin görüşünün ilk nəticəidir.

Şərh yaz


Məxfi kod
Yenilə