Çərşənbə axşamı, 22 May 2018 11:14

Mogerini: Nüvə sazişinin heç bir alternativi yoxdur

Mogerini: Nüvə sazişinin heç bir alternativi yoxdur

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini ABŞ dövlət katibinin sözlərinə reaksiyada bu birliyin nüvə sazişinə sadiq qaldığını vurğulayaraq Əhatəli Müştərək Təşəbbüs Proqramının heç bir alternativinin olmadığını bildirib.

İRNA-nın məlumatına görə, Avropa Birliyinin rəsmi internet portalında yayılmanan bəyanatda Federika Mogerini ABŞ dövlət katibi Mayk Pompeonun Birləşmiş Ştatların İran əleyhinə yeni "strategiya"sını elan etməsinə reaksiya verib və əlavə edib: İranla nüvə sazişi və onun davamlı şəkildə dəstəklənməsi beynəlxalq diplomatiyanın əsas nailiyyətidir. Bu da İranın nüvə fəaliyyətlərinin sülhməramlı olduğuna zəmanət verir. 

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə məsul şəxsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin on mövsüm hesabatında İranın nüvə sazişinə sadiq qaldığını təsdiqlədiyinə toxunaraq əlavə edib: Agentlik İran tərəfindən lazımi şəraitlərin yaradıldığını təsdiqləyib. 

Mogerini bildirib: Avropa Birliyi nüvə sazişinin tam və təsirli icrasının davam etməsinə sadiqdir və İran bütün nüvə öhdəliklərinə sadiq qaldığı zamanadək bu birlik də sazişə sadiq qalacaq. 

Mogerini həmçinin nüvə sazişinin ayrılmaz hissəsi olan İranla ticarət və iqtisadi əlaqələrin normallaşdırılmasını beynəlxalq ictimaiyyətin vəzifəsi adlandırıb. 

Şərh yaz


Məxfi kod
Yenilə