Bazar ertəsi, 21 May 2018 20:31

İsrail hərbçiləri İordan çayının qərb sahilinə basqın ediblər

İsrail hərbçiləri İordan çayının qərb sahilinə basqın ediblər

İsrail hərbçilərinin fələstinlilərə qarşı hücumları davam edir.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İsrail hərbçiləri bu gün İordan çayının qərb sahilinə basqın edərək, bir qrup fələstinlini heç bir ittiham olmadan həbs ediblər.

İsrailhərbçiləri hər gün müxtəlif bəhanələrlə fələstinlilərin evlərinə basqın edərək, xüsusilə gəncləri həbs edirlər.

Digər tərəfdən fələstinli gənclər bir daha sionist sakinli qəsəbələrə doğru yanar şarlar buraxıblar. Bunun ardınca meşəlik ərazilərdə, otlaqlarda və Əbu Səfiə hərbi bazasının ətrafında habelə, bir neçə digər məntəqədə yanğın çıxıb.

Fələstinli gənclər sionistlərin artan cinayətlərinə etiraz olaraq ötən bir neçə həftədə sionistlərin onlarla hektar əkin sahələrini yanar şarlardan istifadə edərək, yandırıblar.

Şərh yaz


Məxfi kod
Yenilə