Çərşənbə, 18 Aprel 2018 19:49

Makron etiraf etdi: Suriyaya hücum nəticəsiz idi

Makron etiraf etdi: Suriyaya hücum nəticəsiz idi

Fransa prezidenti Suriyaya edilən hücumda Trampın yanında yer almasına görə ciddi daxili etirazlar ilə üzləşməsinin ardınca çərşənbə axşamı atılan addımın nəticəsiz olduğunu etiraf etməyə məcbur olub.

 

 

Fransa xəbər agentliyinin Strasburqdan verdiyi məlumata görə Emanuel Makron ABŞ, Britaniya və Fransanın Suriyaya olan hücumunun nəticəsiz olduğunu etiraf edərək, bu kimi hücumlar ilə Suriya böhranını həll etməyin mümkün olmadığını deyib.

"Suriya böhranı üçün dinc həll yolunun tapılması üçün bütün təsirli tərəflər o cümlədən Rusiya, Türkiyə,  İran və hətta Suriya hökuməti ilə belə danışıqlara hazırıq" - deyə Makron bildirib.

Fransa prezidenti daha sonra bütün ölkələrdən Suriyada mülki əhaliyə yardım üzrə səylərə dəstək verməsini istəyib.

Makron ABŞ, Britaniya və Fransanın Suriyaya olan hücumundan öncəyə qədər hərbi müdaxiləni dəstəklədiyi bir halda, hazırda ciddi daxili müxalifətlər ilə üzləşməsini nəzərə alaraq, mövqeyindən geri çəkilməyə məcbur olub.

Şərh yaz


Məxfi kod
Yenilə