Bu səhifəni yazdır
Çərşənbə axşamı, 17 Aprel 2018 14:46

Moqerini Trampın nüvə anlaşması qarşısındakı mövqeyinə dəstək verib

Moqerini Trampın nüvə anlaşması qarşısındakı mövqeyinə dəstək verib

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi London, Berlin və Parisin Amerika prezidentinin nüvə anlaşması barədəki nigarançılıqlarının aradan qaldırılması üzrə səylərinə dəstək verib.

Federika Moqerini dünən Avropa Birliyinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasının sonunda belə qeyd edib: Bu iclasda bütün tərəflər tərəfindən İranla nüvə anlaşmasının tam şəkildə icrası barədə Avropanın öhdəliyi vurğulanıb.

Federika Moqerini nüvə anlaşmasını öz qənaətincə, regionda təhlükəsizliyin strateji ünsürlərindən adlandırıb və belə iddia edib: Bu məsələ o deməkdir ki, Avropa Birliyi İranla qeyri-nüvə mövzuları kimi məsələlər barədə məsləhətləşmir.

Nüvə anlaşmasında qalması üçün Donald Trampı razı saxlamaq çərçivəsində İngiltərə, Fransa və Almaniya İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çalışırlar.

Bu elə bir haldadır ki, avropalı üçlük, yəni İngiltərə, Fransa və Almaniya dünən Avropa Birliyinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında İrana qarşı yeni sanksiyaların işlənib hazırlanmasında nakam qaldılar.

İtaliya bu iclasda İranın regional fəaliyyətləri və raket proqramı bəhanəsilə bu ölkəyə qarşı yeni sanksiyaların tətbiq edilməsinə qarşı çıxaraq, bildirdi ki, bu addımlar Trampı İranla 2015-ci ildə əldə olunmuş nüvə anlaşmasında qalmağa qane edə bilməz.

ABŞ prezidenti Donald Tramp 2018-ci il mayın on ikisini İranla nüvə anlaşmasının yenidən nəzərdən keçirilməsi məqsədilə öz avropalı müttəfiqləri üçün son tarix kimi təyin edibdir.

İran İslam Respublikası dəfələrlə vurğulayıbdır ki, özünün raket və müdafiə qabiliyyəti barədə əsla bir kəslə müzakirə aparmayacaq və öz müdafiə ehtiyaclarını başqalarından icazə almadan təmin edəcək.

Şərh yaz


Məxfi kod
Yenilə