Çərşənbə axşamı, 17 Aprel 2018 14:11

Nigeriya polisi Şeyx Zəkzakinin tərəfdarlarına hücum edib

Nigeriya polisi Şeyx Zəkzakinin tərəfdarlarına hücum edib

Nigeriyanın polis və təhlükəsizlik qüvvələri bu ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakinin azadlığa buraxılmasını tələb edənlərə və onun tərəfdarlarına güllə və gözyaşardıcı qazla hücum edərək, bir neçə nəfəri yaralayıblar.

Bəzi xəbər mənbələri bildiriblər ki, Nigeriyanın paytaxtı Abucanın bəzi küçələri gözyaşardıcı qaz qutuları ilə doludur və bəzi aksiyaçılar da Nigeriya polisinin atəşləri nəticəsində yaralanıbdır.

Nigeriyada "Deyli Post" xəbər saytı Nigeriya İslam Hərəkatının Media Assambleyasının sədri İbrahim Musaya istinadla yazıb ki, bu ölkənin polis və təhlükəsizlik qüvvələri daim Nigeriya İslam Hərəkatının üzvləri üçün problem yaradırlar.

İbrahim Musa əlavə edib: Polis xalqın dinc aksiyası ilə kobud davranır; insanları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə və Şeyx Zəkzakiyə dəstək verən bir qrup insanı dəlilsiz olaraq həbs edir.

Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki 2015-ci ilin dekabrında bu ölkə ordusunun onun mənzilinə qarşı hücumunda yaralanıb, həbs olunaraq, həyat yoldaşı ilə birlikdə məhbəsə salındı.

Şərh yaz


Məxfi kod
Yenilə