Bazar ertəsi, 19 Mart 2018 14:07

Rusiya hakimiyyət dəyişikliklərinin şahidi olacaq

Rusiya hakimiyyət dəyişikliklərinin şahidi olacaq

Rusiya prezidenti vurğulayıb: Yeni prezidentlik dövründə rəsmən işə başladıqdan sonra hakimiyyət səviyyəsində dəyişikliklərin şahidi olacağıq.

Rusiya prezident seçkilərində qələbəsi məlum olduqdan sonra Moskvada öz seçki təbliğatı qərargahında müxbirlər qarşısında çıxış edən Vladimir Putin Rusiyanın, İngiltərədəki sabiq rus casusun və onun qızının zəhərləndirilməsində əlinin olmasını təkzib edib və belə deyib: Bu işdə təhqiqatın aparılmasına hazırıq. O, bu barədə Rusiyaya vurulan ittihamı əsassız adlandırıb.

Putin deyib: Rusiya dövlətinin bu ölkənin sabiq agenti Sergey Skripalı və onun qızını zəhərləndirməsini təsəvvür etmək mənasızdır. O, əlavə edib: Rusiya İngiltərə başçılarının dedikləri həmin hücumda istifadə olunmuş sinir sistemini iflic edən qaza malik deyil və əgər bu zəhərli qazdan istifadə edilmiş olsaydı, daha çox şəxs hadisənin qurbanı olmuş olardı.

O, deyib ki, bu hücumla bağlı təhqiqatda İngiltərə başçıları ilə həmkarlıq etməyə hazırdır.

Putin sonra söyləyib: Ukraynada yaşayan rusların səs vermələrinin əngəllənməsi bütün qanunların pozulması deməkdir.

O, əlavə edib: Rusiya öz kimyəvi maddələr ehtiyatlarını məhv edib və bu sahədə aparılan təhqiqatla həmkarlıq etməyə hazırdır.

Rusiya prezidenti vurğulayıb: Yeni prezidentlik dövründə rəsmən işə başladıqdan sonra hakimiyyət səviyyəsində dəyişikliklərinin şahidi olacağıq.

Rusiya prezidenti Vladimir Putin onun 2024-cü ildən sonra prezidentliyin sonrakı dövrü üçün bir daha seçki mübarizəsi ardınca olub-olmaması barədə verilən sualın cavabında deyib: Bu sual gülməli sualdır. 

O, bu sözləri 2018-ci ildən 2024-cü ilədək altı il sürəcək prezident seçkilərində qalib gəldikdən sonra söyləyibdir.

Putin bu sualı verən jurnalistə belə deyib: Qoyun, sayaq. Görən, sizcə, mən yüz yaşınadək hakimiyyətdə olacağammı? 

Rusiyanın hazırkı prezidenti Vladimir Putin səslərin təqribən 77 faizini qazanaraq, 2018-ci il Rusiya prezident seçkilərinin qalibi olub. Səslərin 99 faizinin sayılması ilə Putin öz rəqiblərini böyük fərqlə arxada qoyaraq, Rusiya prezident seçkilərinin qalibi olubdur.

Vladimir Putin son dərəcə soyuq havada Moskvadakı Qızıl meydana gəlmiş Rusiya xalqına və öz tərəfdarlarına təşəkkür edərək, deyib: Bizim hamımız Rusiyanın başıucalığı üçün böyük səyə başlayacağıq.

Putin Rusiya xalqının qətiyyətli səsini bu ölkə xalqının onun daxili və xairici siyasət kurslarına yenidən etimad etməsi kimi dəyərləndirib.

O, əlavə edib: Siz böyük bir komandasınız və mən sizin komandanın üzvüyəm. Sizin bir daha etimad etməyiniz, bizi böyük enerji ilə işləməkdə davam etməyə vadar edir. Putin deyib: Birliyin qorunması olduqca önəmlidir və mənim rəqiblərimə səs vermiş digər namizədlərin tərəfdarları da daxil olmaqla hamımız birlik və həmrəyliklə öz övladlarımızın və ölkənin gələcəyinin fikrində olmalıyıq. Seçkilərin nəticələri göstərdi ki, məhz olduqca qüdrətli keçmiş kursu davam etdirməli və birlikdə irəliyə doğru addımlamalıyıq.

Şərh yaz


Məxfi kod
Yenilə