Bazar ertəsi, 19 Mart 2018 12:08

Putin: Rusiyanın başıucalığı üçün səy göstərəcəyik

Putin: Rusiyanın başıucalığı üçün səy göstərəcəyik

Rusiya prezidenti onun qələbəsindən xəbər verən bu ölkənin prezident seçkilərinin ilkin nəticələrinin elan olunmasından sonra öz tərəfdarları qarşısında qeyd edib ki, bütün ruslar Rusiyanın başıucalığı üçün səy göstərəcəklər.

Vladimir Putin bu gün səhər Moskvadakı Qızıl meydanda bu şəhərin son dərəcə soyuq havasında həmin meydana gəlmiş Rusiya xalqına və öz tərəfdarlarına təşəkkür edərək, deyib: Bütün Rusiya xalqı bizim böyük komandamızdır və mən sizdə, ölkənin tərəqqisinə etiqad və ümid görürəm.

Rusiya prezidenti söyləyib: Bu nəticə, Rusiya xalqının mənə olan etimadının nişanəsi idi. Hazırda birliyin vaxtıdır və hamı bir-birinin kənarında olmalıdır.

Bu xəbərin yayıldığı anadək Rusiya Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, səslərin 48,63 faizi sayılıb və Putin səslərin 74,8 faizini toplayaraq, seçkilərin qalibi olubdur.

2018-ci il Rusiya prezident seçkiləri dünən keçirilib.

Bu seçkilərdə yeddi namizəd Putinlə mübarizə aparıbdır.

Seçkilərdən öncə də bütün rəy sorğuları ondan xəbər verirdilər ki, bu seçkilərdə Vladimir Putin dördüncü dəfə qələbə qazanacaq və daha altı il müddətinə dünyanın ən geniş ölkəsinin idarəsini əlində saxlayacaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə