Çərşənbə axşamı, 13 Mart 2018 17:42

Rusiya İngiltərə parlamentinin iclasını "sirk" adlandırıb

Rusiya İngiltərə parlamentinin iclasını "sirk" adlandırıb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü İngiltərə parlamentinin aşağı palatasının Rusiyanın sabiq agentinin zəhərlənməsi hadisəsinin araşdırılmasına dair dünənki iclasını "sirk"ə bənzədib.

İngiltərənin baş naziri Tereza Mey dünən İngiltərə parlamentinin aşağı palatasının iclasında Moskvanı Rusiyanın sabiq casusu Sergey Skripalın və onun qızının zəhərlənməsində iştirak etməkdə ittihamlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən bir bəyanatda yazıb: Bu iclas fitnəkarlığa söykənən siyasi və təbliğat xarakterli bir kampaniya idi.

Zaxarova əlavə edib: Xarici medialar bu hadisədən Rusiyanı təzyiq altında qoymaq üçün istifadə edirlər və Moskvanın nöqteyi-nəzərincə, bu, təhrikedici bir hərəkətdir.

Şərh yaz


Məxfi kod
Yenilə