Çərşənbə axşamı, 13 Mart 2018 11:24

UNICEF: Suriya böhranı qurbanlarının 40%-i uşaqlardır

UNICEF: Suriya böhranı qurbanlarının 40%-i uşaqlardır

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Yaxın Şərq regionu üzrə direktoru bazar ertəsi günü Suriya böhranı qurbanlarının 40 faizinin uşaq olduğunu söyləyib.

İRNA-nın verdiyi məlumata görə, Girt Kaplar həmçinin bildirib ki, üç milyon suriyalı uşaq hər gün terrorçulardan qalmış bomba və minalarla toqquşma riski ilə üzləşir. O, qeyd edib ki, minlərlə suriyalı uşaq bomba və minalarla toqquşma nəticəsində daimi əlilliyə düçar olubdur. 

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Yaxın Şərq regionu üzrə direktoru əlavə edib: Suriyadakı yeddiillik böhran suriyalı uşaqlar üçün psixoloji problemlərə səbəb olubdur.

Terrorçular Suriyanın şəhər və bölgələrini işğal edərkən yaşayış binaları, ictimai yerlər, avtomobillər, motosikletlər və hətta uşaq oyuncaqlarını belə, partlayıcı tələlərə çevirmişdilər ki, bu da onların böyük miqdarda sursat və partlayıcı maddələrə malik olmalarından xəbər verir. 

Şərh yaz


Məxfi kod
Yenilə