Bazar ertəsi, 12 Mart 2018 22:44

Rusiya prezident seçkilərinə səkkiz nəfər namizəddir

Rusiya prezident seçkilərinə səkkiz nəfər namizəddir

Rusiya prezident seçkilərinə Putindən başqa yeddi nəfər də namizəddir.

Rəy sorğularına əsasən, Rusiyanın hazırkı prezidenti və "Vahid Rusiya" Partiyasının lideri Vladimir Putindən sonra ikinci şəxs kimi 58 yaşlı iş adamı və siyasətçi Pavel Qrudinin Rusiya Kommunist Partiyası tərəfindən bu seçkilərə namizəd irəli sürülübdür. O, milyonçu kommunist kimi tanınır.

Üçüncü nəfər, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskidir. O, əcnəbilərə və qadınlara qarşı xas nifrətə malikdir. Beş dəfə prezidentliyə namizəd olub. Onu Rusiyanın müxaliflərindən hesab etmək olmaz.

Dördüncü şəxs, Sankt-Peterburqun ilk meri olmuş Anatoli Sobçakın qızı, teleaparıcı, jurnalist və siyasətçi Kseniya Sobçakdır. 

O, 2012-ci ildə Putinin ikinci dəfə prezident seçilməsinə qarşı keçirilən böyük aksiyada iştirak edərək, Putinin müxalifləri sırasına qoşuldu.

Beşinci nəfər, bu seçkilərdə qələbə üçün elə bir şansa malik olmayan "Yabloko" partiyasının rəhbəri, Qriqori Yavlinskidir.

Digər namizədlər, Bütün Rus Xalqları İttifaqının Partiyasının lideri Sergey Baburin, İnkişaf Partiyasının lideri Boris Titov və Rusiya kommunistlərindən olan Maksim Sorokindir. Bu şəxslər o qədər də tanınmış şəxsiyyətlər olmayaraq, seçkilərdə qələbə şansına malik deyildirlər.

Şərh yaz


Məxfi kod
Yenilə