Cümə axşamı, 22 Fevral 2018 14:22

Trampın orta məktəblərdə silahlı insidentləri önləmə planı: Müəllimlər silahlansın

Trampın orta məktəblərdə silahlı insidentləri önləmə planı: Müəllimlər silahlansın

ABŞ prezidenti çərşənbə günü təklif edib ki, ölkədə orta məktəblərdə dəhşətli silahlı insidentlərin qarşısını almaq üçün müəllimlər silahlansın.

Fars Xəbər Agentliyinin məlumatına görə, Donald Tramp Florida ştatının Parklend şəhərində Stonman Duqlas məktəbində son dəhşətli hücumda həlak olan şagirdlərin ailələri ilə görüşdə iddia edib ki, bir müəllim silahdan məharətlə istifadə edə bilərsə, məktəbə olunan hücuma dərhal son qoya bilər. 

19 yaşlı Nikolas Kruz 14 fevralda yarım-avtomat silahla Stonmen Duqlas məktəbində 17 şagirdi qətlə yetirdi, azı 50 nəfəri yaraladı. 

Şərh yaz


Məxfi kod
Yenilə