Cümə axşamı, 22 Fevral 2018 13:12

AB və Ermənistan arasında əməkdaşlıq sənədi imzalanıb

 AB və Ermənistan arasında əməkdaşlıq sənədi imzalanıb

Avropa Birliyi və Ermənistan ikitərəfli əməkdaşlıqların prioritetləri sənədini imzalayıblar.

İRNA-nın məlumatına görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini və Ermənistan xarici işlər naziri Eduard Nalbəndyan çərşənbə günü Brüsseldə ikitərəfli əməkdaşlıqların prioritetləri sənədini imzalayıblar. 

Mogerini bu sənədin imzalanması tədbirində deyib: Avropa Birliyi və Ermənistanın dostluq və əməkdaşlıqları bu sənədin imzalanması ilə daha da dərinləşəcək. 

Bu sənədin imzalanması gələn illərdə Avropa Birliyi və Ermənistanın əməkdaşlığı üzrə yeni anlaşmaya əsasən iki tərəfin əməkdaşlıqlarının prioritetlərini müəyyənləşdirir. 

Şərh yaz


Məxfi kod
Yenilə