Bazar ertəsi, 19 Fevral 2018 16:53

AB-dən başsağlığı müraciəti

AB-dən başsağlığı müraciəti

Avropa Birliyi bir bəyanatda İranda baş verən son təyyarə qəzasında həlak olnaların ailələrinə başsağlığı verib.

İRNA-nın verdiyi məlumata görə, Avropa Birliyinin sözçüsü Katrin Rey tərəfindən yayılan bəyanatda deyilir: Bazar günü İranda baş verən təyyarə qəzası çoxlu sayda insanın ölümü ilə nəticələndi, Avropa Birliyi bu ağır anlarda bu hadisə qurbanlarının ailələri və yaxınlarının kədərini bölüşür. 

Almaniya kanslerinin sözçüsü Ştefan Zaibert də İranda baş verən son təyyarə qəzası ilə əlaqədar başsağlığı müraciəti vermişdir. 

Şərh yaz


Məxfi kod
Yenilə