Şənbə, 17 Fevral 2018 18:27

Anagül; 26 ildən sonra yenidən ayağa qalxmağı bacaran türkmən qadın

Anagül; 26 ildən sonra yenidən ayağa qalxmağı bacaran türkmən qadın

26 il öncə çıxan yanğın hadisəsində yanğına məruz qaldığı üçün yeriməkdən məhrum olan Anagül bu gün artıq yenidən ayağa qalxmasının sevincini yaşayır.

Sadə tibbi müdaxilə ilə müalicə olunması mümkün olan yanıq yarası, imkansızlıq və səhiyyə imkanlarının olmaması Anagülü çətin bir həyata məhkum etmiş oldu.  Anagül ömrünün 26 ilini bu ucqar kənddə bu çətinliklərə dözərək, yaşayıb. Sonda Anagülün kəndlisi olan bu gənc medialara müraciət etmək qərarına gəlir: “Daha öncə bu xüsusda sosial şəbəkələrdə yazmışdıq. Amma, heç bir nəticəsi olmamışdı. Mən də televiziyaya müraciət etmək qərarına gəldim.”

Bunun ardınca Şimali Xorasan Tibb Universitetinin o zamankı rektor yaxından Anagülün vəziyyəti ilə tanış olur.

Anagülün qonşusu deyir: “Ona baxacaq kimsəsi yoxdur”

Şimali Xorasan Tibb Universiteti Anagülü Bocnurd xəstəxanasına köçürdür və Anagül üzərində bir il ərzində 30 ağır cərrahiyyə əməliyyatı aparılır.

Anagülün yenidən ayaqları üzərində dura bilməsi üçün çox səy göstərildi: “Xanım Purməndi də hamınız tanıyırsınız. Diz nahiyyəsində ciddi travmaları var idi. İlk öncə ayağa qalxdığı zaman, uzun müddət ayağa qalxmadığı üçün, tarazlığını qoruya bilmirdi.”

Bu gün Anagülün kəndində bayramdır. Yaxınları Anagülün 250 gün xəstəxanada yatdıqdan sonra, yenidən ayaqları üzərində dura bilməsinə sevinirlər.

Anagül yenidən ayağa qalxmağı bacarmışdı. Xeyriyyəçilər isə O və qızı üçün daha münasib bir ev tikmişdilər.

“Sağlamlıqda ədaləti biz Anagülün timsalında müşahidə edə bilərik. Onun ötən 26 ildə çəkdikləri səhiyyə imkanlarının olmaması üzündən idi.”

“Qənaətimə görə, qarşıdan gələn bir il ərzində fizioterapiya və reabilitasia ilə Anagül sərbəst yeriməyə qadir olacaq.”

Anagülün bütün müalicə xərcləri isə dövlət hesabına təmin edilib.

“Biz çox şadıq”. “Onun bir gün bu qədər şad olacağını heç kim təsəvvür etmirdi.”

Sanki Anagül yenidən doğulub. Kənd əhalisi onun görüşünə gəlib. 

Şərh yaz


Məxfi kod
Yenilə