Çərşənbə axşamı, 13 Fevral 2018 20:39

Lavrov: ABŞ Suriyanın ərazi bütövlüyünü xətərə salır

Lavrov: ABŞ Suriyanın ərazi bütövlüyünü xətərə salır

Rusiya xarici işlər naziri vurğulayıb ki, Amerika Suriyada birtərəfli və təhlükəli şəkildə əməl edir və Suriyanın ərazi bütövlüyünü xətərə salır.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün öz belçikalı həmkarı Didiye Rinders ilə birgə mətbuat konfransında deyib: Amerikalılar çalışırlar ki, birtərəfli təhlükəli addımlar atsınlar; beləliklə bu addımlar İraq sərhədi yaxılığında və Fərat çayının şərq sahilndə, Suriya ərazisinin böyük bir hissəsində bir "yarımölkə"nin təşkili yolunun bir hissəsi kimi görünür.

Lavrov əlavə edib: Moskvanın nöqteyi-nəzərincə, belə görünür ki, Amerika Suriyada uzunmüddətli və bəlkə də həmişəlik yerləşmək fikrindədir.

Rusiya xarici işlər naziri ümidvarlıq edib ki, BMT Suriyada əsas qanun prosesinin şəffaflığından əminlik əldə edəcək və ola bilsin, 2254 saylı qətnamənin icrasını problemlə üzləşdirmiş olacaq Suriyadakı bütün oyunçularla mübarizəni öz sərlövhəsi qərar verəcək.

Lavrov vurğulayıb: Rusiya hələ də kürdlərin Suriydakı bütün sülh prosesində iştirakının tərəfdarıdır və Suriya böhranının həlli onların iştirakı olmadan mümkün deyildir.

Suriyadakı terror qruplarının əsas himayədarlarından sayılan Amerika hazırda özünün bu ölkənin şimalındakı işğalçılıq iştirakını terrorizmlə mübarizə bəhanəsilə davam etdirir.

Şərh yaz


Məxfi kod
Yenilə