Çərşənbə axşamı, 13 Fevral 2018 14:49

Trampın federal maliyyələrin satışı üzrə planı

Trampın federal maliyyələrin satışı üzrə planı

ABŞ prezidenti özünün infrastruktur proqramında təklif edibdir ki, bu ölkənin mərkəzində fəaliyyət göstərən üç əsas hava limanından ikisi satılsın.

Vaşinqtoda yerləşən "Ronal Reyqan" milli hava limanı və "Dulles" beynəlxalq aeroportu satıla bilinəcək təqdim olunmuş maliyyələrdəndirlər.

Donald Trampın layihəsinə şamil edilə biləcək digər federal maliyyələr "Tennessee Valley Authority" və "Bonneville Power Administration" elektrik idarəsi tərəfindən idarə olunan köçürmə xətləridir.

Keçmişdə təqdim olunmuş oxşar proqramlar respublikaçılar və demokratların sərt müxalifətlərilə üzləşmişdilər. Bu layihədə Tramp həmçinin satılması imkanı mövcud olan Vaşinqton məntəqəsindəki iki böyük şose yoluna işarə edibdir.

Donald Tramp ABŞ infrastrukturlarının bərpası proqramını təqdim edərkən deyib: Bir az fikirləşin, Amerika Yaxın Şərqdə yeddi trilyon dollar xərclədi və hazırda bu bölgədə vəziyyət Amerikanın oraya daxil olduğu ötən on yeddi ildəki durumdan çox pisdir.

ABŞ prezidenti vurğulayıb ki, amerikalı qüvvələrin Yaxın Şərqin problemlərinə daxil olmaları aqilanə bir iş deyildi və bu hərəkət çox kədərli bir hərəkətdir.

Tramp Amerika xalqını ruhlandırmaq üçün əlavə edib: Dünyanın ən güclü ordusu yaradılacaq; bu ölkənin silah cəbbəxanaları da modernləşdirmə yolundadır; modern və və təchiz olunmuş nüvə cəbbəxanası da yaradılacaqdır.

ABŞ prezidenti həmçinin deyib: Hazırda Amerika digər ölkələrdən çox geri qalıbdır; ötən səkkiz ildə və ya daha düzgün desək, keçən on beş ildə ölkə infrastrukturları tamamilə unudulubdur.

Şərh yaz


Məxfi kod
Yenilə