Çərşənbə axşamı, 13 Fevral 2018 14:04

Trampın Pentaqonun nüvə renovasiyası üzrə 24 milyard dollarlıq büdcəsi

Trampın Pentaqonun nüvə renovasiyası üzrə 24 milyard dollarlıq büdcəsi

ABŞ prezidentinin 2019-cu maliyyə ili üçün büdcə qərarı bu ölkənin hərbi nüvə proqramının üçlü bölməsinin renovasiyası üçün 24 milyard dollarlıq büdcə tələb edir.

Bu sənəd həmçinin göstərir ki, ABŞ ordusu öz raket müdafiə proqramını yüksəltmək üzrə planlarının bir hissəsi kimi iyirmi yer əsaslı izləyici raketin təmin edilməsi niyyətindədir.

Pentaqonun nüvə renovasiyası üçün 24 milyard dollarlıq büdcənin tələb olunması elə bir haldadır ki, Tramp dövlətinin nüvə doktrinası təqribən on gün bundan öncə yayılıb və geniş tənqidlərlə üzləşibdir.

ABŞ-ın yeni nüvə doktrinası Trampa belə bir ixtiyarı verir ki, nəinki atom hücumu hədəsilə üzləşərkən, həm də kiber hücumlarına cavabda da nüvə silahına əl atsın.

Bu sənəd habelə Amerika müdafiə nazirliyinə adi savaşlarda istifadə edə bilinməsi üçün tətbiqi atom bombaları düzəltmək tapşırığını veribdir.

Şərh yaz


Məxfi kod
Yenilə